Ermənistan radiosu Xankəndində yayımı dayandırdı:

"Azərbaycanlılar siqnalı əngəlləyir...Pul itirə bilmərik"
15 Sentyabr 2021 - 19:34
Ermənistanın “Radio Avrora” radiosu Dağlıq Qarabağda yayımını dayandırdığını bəyan edib.
Azpost.info bildirir ki, bu barədə radiounun direktoru Mikael Canpoladyan Facebbokdakı canlı efirdə bildirib.
“Bizim üçün ağırdır. Amma biz özəl şirkətik, daima pul itirə bilmərik. Biz bir dəfə Şuşada bütün əmlakımzı itirmişik. İndi bilmirik yeni texnikamızı burada quraşdrmağa dəyərmi?”-deyə direktor vurğulayıb.
Canpoladyan deyib ki, radionun yayımı daima əngəllənir. “Sabah nə olacağını bilmədən pul xərcləmək mümkünsüzdür”.