Ermənistan radiosu Xankəndində yayımı dayandırdı:"Azərbaycanlılar siqnalı əngəlləyir...Pul itirə bilmərik"

Ermənistanın “Radio Avrora” radiosu Dağlıq Qarabağda yayımını dayandırdığını bəyan edib.
Azpost.info bildirir ki, bu barədə radiounun direktoru Mikael Canpoladyan Facebbokdakı canlı efirdə bildirib.
“Bizim üçün ağırdır. Amma biz özəl şirkətik, daima pul itirə bilmərik. Biz bir dəfə Şuşada bütün əmlakımzı itirmişik. İndi bilmirik yeni texnikamızı burada quraşdrmağa dəyərmi?”-deyə direktor vurğulayıb.
Canpoladyan deyib ki, radionun yayımı daima əngəllənir. “Sabah nə olacağını bilmədən pul xərcləmək mümkünsüzdür”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyan Türkiyə ilə dialoqu müzakirə etməyə hazır olduqlarını bildirib

Sonrakı məqalə

Bakıda “Qanlı göl” ətrafında insan sümükləri tapılıb –