“Ermənistan-Rusiya münasibətlərində müəyyən problemlər var”- MİRZOYAN

“Ermənistan-Rusiya münasibətlərində müəyyən problemlər var, İrəvan və Moskva onların həlli üçün dialoq aparır”.

Azpost.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə”yə müsahibəsində deyib.

“Ermənistan-Rusiya münasibətləri kontekstində müəyyən problemlər və məsələlər var. Bəli, bizim bu məsələlərlə bağlı dialoqumuz var. Tam qarşılıqlı anlaşma tələb edən məsələlər var, amma hesab edirəm ki, belə problemlər bütün münasibətlərdə mövcuddur”, – Mirzoyan bildirib.

Azpost.info

Əvvəlki məqalə

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib

Sonrakı məqalə

“Ermənistan hələ də KTMT-nin üzvüdür, lakin…”