Ermənistan hakimiyyəti İrəvan Beynəlxalq Hava Limanından 1992-ci il müqaviləsinə uyğun olaraq yerləşdikləri rus sərhədçilərini çıxarmaq imkanını nəzərdən keçirir.
Azpost.info xəbər verir ki, bu barədə hakim partiyanın parlament fraksiyasının katibi Artur Ovannisyan bildirib.
Onun sözlərinə görə, FTX zabitlərinin “Zvartnots” hava limanında olması narahatlıq doğurur.
“Bu məsələ bizim siyasi komandamızın gündəmindədir. Müzakirələr gedir. Qərar olanda hamımız bundan xəbər tutacağıq”, – Ovannisyan deyib.
Hakim partiyanın bu vəziyyətdən niyə narahat olduğuna gəlincə, o, bir çox reallıqların yalnız son bir neçə ildə ortaya çıxdığını bildirib. “Ona görə də hər bir reallıq müəyyən mühakimə, hərəkət və qərarlar ehtiva etməlidir”, – Ovannisyan əlavə edib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan qeyd edib ki, Rusiya sərhədçiləri hava limanını tərk etməlidirlər, çünki İrəvan özünü müdafiə edə bilər. Onun sözlərinə görə, Rusiya əməkdaşlarının hərəkətləri nəticəsində Ermənistanın sərhədləri daha həssas olub.
Azpost.info