Ermənistan Rusiya sülhməramlılarının olduğu ərazidən mövqelərimizi atəşə tutub

14 İyul 2021 - 10:20

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.