Ermənistan türk məhsullarına qoyduğu qadağanın müddətini uzadıb

24 İyun 2021 - 12:37

Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsi ilə bağlı tətbiq edilən qadağanın müddətini uzadıb.

TASS-ın verdiyi xəbərə görə, bu barədə bu gün Ermənistan parlamentinin iclasında müvafiq qərar qəbul edilib.

Bu gün qəbul edilən qərara əsasən, iyulun 1-dən etibarən Türkiyə məhsullarının Ermənistana gətirilməsi qadağası daha 6 ay müddətinə uzadılıb.

Qeyd edək ki, 2020-ci ildə bununla bağlı qərar layihəsi hazırlanıb və qərar ötən il dekabrın 31-dən 6 ay müddətinə qüvvədə olub.