“Ermənistan və Azərbaycan arasında hərbi toqquşma dayandırılıb” –

Rusiya Müdafiə Nazirliyi açıqlama yaydı
16 Noyabr 2021 - 22:09
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ermənistan və Azərbaycan müdafiə nazirləri ilə apardığı danışıqlardan sonra hərbi toqquşmalar dayandırılıb.
Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
“Vəziyyətin sabitləşməsi üçün tədbirlər görülüb. Hazırda Kilsəli dağı rayonunda qarşıdurma dayandırılıb. Vəziyyət normallaşıb və nəzarət altındadır”-deyə məlumatda vurğulanır.
Qeyd edək ki, bu gün Sergey Şoyqu Zakir Həsənov və Suren Papikyanla telefonla danışıb və yaranmış vəziyyəti müzakirə edib.