“Ermənistan və Azərbaycan arasında hərbi toqquşma dayandırılıb” –Rusiya Müdafiə Nazirliyi açıqlama yaydı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ermənistan və Azərbaycan müdafiə nazirləri ilə apardığı danışıqlardan sonra hərbi toqquşmalar dayandırılıb.
Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
“Vəziyyətin sabitləşməsi üçün tədbirlər görülüb. Hazırda Kilsəli dağı rayonunda qarşıdurma dayandırılıb. Vəziyyət normallaşıb və nəzarət altındadır”-deyə məlumatda vurğulanır.
Qeyd edək ki, bu gün Sergey Şoyqu Zakir Həsənov və Suren Papikyanla telefonla danışıb və yaranmış vəziyyəti müzakirə edib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

BMT Ermənistan və Azərbaycana müraciət edib

Sonrakı məqalə

Bu gün Milli Dirçəliş Günüdür