“Ermənistan və Azərbaycan arasındakı sərhəddə vəziyyəti izləyirik” –Aİ-nin İrəvandakı missiyası

Avropa İttifaqının Ermənistanda olan müşahidə missiyası hər həftə sərhəd bölgələrində vəziyyəti müşahidə edir.

Azpost.info bildirir ki, bu barədə Aİ-nin Ermənistandakı missiyasının Twitter mikrobloqunda deyilir.

“Hər həftə müşahidəçilərimiz Ermənistan və Azərbaycan arasındakı sərhəd bölgələrində təhlükəsizlik vəziyyətinin inkişafını izləmək üçün şimaldan cənuba və şərqdən qərbə təxminən 3800 km məsafə qət edirlər”.

Son dəfə missiya Yerasx kəndində tikilməkdə olan metallurgiya zavodunda olublar.

 

Əvvəlki məqalə

Ötən il 17 yaşlı 270 qız nikaha daxil olub

Sonrakı məqalə

Telejurnalist Tural Müseyibov yeni iş yerini açıqlayıb