Tanınmış telejurnalist Tural Müseyibov yeni iş yerini açıqlayıb.
Azpost.info xəbər verir ki, T.Müseyibov iş xanımı Ruhi Əliyevanın rəhbərlik etdiyi “Liatris Holding”də işə başlayıb. Bu barədə jurnalist özü məlumat verib.
O, şirkətdə Baş direktorun müavini təyin edilib.
Xatırladaq ki, Tural Müseyibov bir sıra dövlət qurumlarında mətbuat katibi olub. Baku TV-də ictimai-siyasi şöbənin rəhbəri kimi çalışıb.
Azpost.info