Ermənistan xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.
APA xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan deyib.
O, bu haqda MDB İcraiyyə Komitəsinə yazılı şəkildə məlumat verildiyini deyib.
MDB Xarici İşlər Nazirləri Şurasının oktyabrın 12-də Bişkekdə keçirilməsi nəzərdə tutulan iclasında Ermənistan xarici işlər nazirinin müavini iştirak edəcək.