Ermənistan XİN-də nazir səlahiyyətlərini bu şəxs icra edəcək

15 İyul 2021 - 18:45

Armen Qriqoryan Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edəcək.

Azpost.info bildirir ki, bu barədə “Sputnik Armenia”ya hökümətdəki mənbələr bildirib.

A.Qriqoryan Paşinyanın fərmanı ilə xarici işlər nazirinin birinci müavini təyin edilib. Bundan əvvəl o, Təhlükəsizlik Şurasının katibi postunu tutub.

Məlumatda deyilir ki, Qriqoryan nazirliyə gəldikdən sonra nazirin kabinetində oturur.