Ermənistan XİN də vətəndaşlarını Livana səfər etməməyə çağırıb

Ermənistanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını çox zərurət olmadığı təqdirdə müvəqqəti olaraq Livana səfərlərdən çəkinməyə çağırıb.

Nazirlik həmçinin hazırda Livanda yaşayan Ermənistan Respublikası vətəndaşlarını həddindən artıq ehtiyatlı olmağa, son günlər hücuma məruz qalmış bölgələrə getməməyə, Livan hakimiyyətinin rəsmi mesajlarına və xəbərdarlıqlarına əməl etməyə çağırıb.

Mövcud vəziyyətlə bağlı yaranan problemlər zamanı Ermənistan Respublikasının vətəndaşlarına ölkənin Livandakı səfirliyi ilə əlaqə saxlamaq tövsiyə olunub.

Əvvəlki məqalə

Ukrayna ordusu Krımda Rusiyaya məxsus sualtı qayığı vurub

Sonrakı məqalə

“Beşiktaş” “Qalatasaray”ı məğlub etdi, superkuboku qazandı