Ermənistan yenə Naxçıvandakı mövqelərimizi atəşə tutub

16 İyul 2021 - 13:48

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib.

Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur.

Düşmən cavab atəşi ilə susdurulub.