“Ermənistan Zəngəzurda sərhədin dəqiqləşdirilməsinə hazırdır” –

Paşinyan parlamentin iclasında çıxış etdi
14 May 2021 - 21:12

“Ermənistan Zəngəzurda sərhəd məntəqələrinin yerləşməsi ilə bağlı məsələnin dəqiqləşdirilməsinə hazırdır”.

Azpost.info bildirir ki, bu sözləri baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan parlamentin təcili çağrılmış növbədənkənar iclasında çıxışı zamanı bildirib.

Paşinyan deyib ki, delimitasiya və demarkasiyaya diplomatik əlaqələrin olması zamanı baxılır. “Amma indi sərhəd məntəqələrinin yerləşdirilməsi prosesi gedir. Bu, sərhədin konkret haradan keçməsini yerində görmək üçün lazımdır. Hər iki tərəfdən sərhədi qorumaq üçün sərhəd qoşunlarının olması mühümdür. Hazırda əsas olan ehtirasları coşdurmamaq və emosional reaksiyalardan kənar olmaqdır”-deyə Paşinyan bildirib.