“Ermənistanda anti-Rusiya əhvalı süni şəkildə qızışdırılır”- LAVROV

“NATO ölkələri Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təşviq etməyə çalışırlar”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Ermənistanda anti-Rusiya əhvalı süni şəkildə qızışdırılır.

“Son illərdə sayı xeyli artmış qeyri-hökumət təşkilatları tərəfindən də müvafiq işlər aparılır. Biz bu cəhdləri görürük”, – Lavrov bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl bəyan etmişdi ki, İrəvan öz xarici siyasət vektorunu dəyişmir. Ölkə 2018-ci ildə imzalanmış saziş əsasında Avropa İttifaqı ilə münasibətləri qurmaqda davam edir. Rusiya ilə münasibətlərdən danışan Paşinyan qeyd edib ki, İrəvan öz öhdəliklərini yerinə yetirməkdən imtina etməyib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan nümayəndə heyəti Fransanın bəyanatında cavab verib

Sonrakı məqalə

Milli Məclisin xüsusi iclası başlayıb