Ermənistanın paytaxtı İrəvan şəhərində ata iki uşağı ilə birlikdə özünü 9-cu mərtəbədən atıb.
“Sputnik Armenia”yanın verdiyi xəbərə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün səhər saatlarında paytaxtda yerləşən binalardan birində qeydə alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində 40 yaşlı Karen M., 8 yaşlı oğlan və 5 yaşlı qız uşaqlarının meyitini aşkarlayıblar.
Hadisə şahidlərinin sözlərinə görə, şəhər sakini övladlarını 9-cu mərtəbədən atdıqdan sonra özünü də binadan atıb.
Faktla bağlı araşdırma aparılır.