Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook”da bildirib.
Onun sözlərinə görə, növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək: “Mənim indicə “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukanyanla görüşüm oldu. Görüş zamanı biz təsdiq etdik ki, hazırkı ağır daxili situasiyadan ən yaxşı çıxış yolu növbədənkənar parlament seçkilərdir. Ermənistan prezidenti ilə, “Mənim addımım” bloku, “İşıqlı Ermənistan” partiyasının sədri ilə apardığım müzakirələri nəzərə alaraq iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək”.