“Kim mənə nə deyirsə, onun özü elədir” –Putin Baydenə cavab verdi

Rusiya prezidenti Putin ABŞ prezidenti Baydenə can sağlığı arzulayıb. 

Azpost.info bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Baydenin onun haqqında dediklərinə münasibət bildirərkən deyib.

Putin Baydenin onun ünvanına səsləndirdiyi “qatil” sözünə də reaksiyaı belə olub: “Uşaq vaxtı həyətda bir-birimizlə mübahsə edəndə deyirdik: “Kim mənə nə deyirsə, o özü elədir. Bu təsadüfi uşaq zarafatı deyildi. Bunun psixoloji mənası dərindir. Biz hər zaman digər adamda öz şəxsi keyfiyyətlərimizi görürük və düşünürük ki, o adam da bizim kimidir. Bundan çıxış edərək onun fəaliyyətini qiymət veririrk”.

Putinin sözlərinə görə, hər bir xalqın tarixində çoxlu dramatik və qanlı hadisələr var.

“Biz digər insanları və dövlətləri qiymətləndirərkən bu sanki güzgüyə baxmaqdır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanda iyun ayında növbədənkənar parlament seçkiləri keçiriləcək –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 933 nəfər COVID-19-a yoluxub –