Ermənistanda Koçaryanın seçki plakatları təhqir olunur –

Vətəndaşlar rəng və palçıq atırlar (FOTO)
15 May 2021 - 21:47
Ermənistanın müxtəlif yerlərində sabiq prezident Robert Koçaryanın seçki plakatları təhqir olunur. 
Azpost.info bildirir ki, vətəndaşlar ölkənin müxtəlif yerlərində yapışdırılmış Koçaryanın plakatlarına rəng və palçıq atırlar. Sosial şəbəkə istifadəçiləri Sisyan, Gorus, Spitak, Qafan, Artaşat və digər yerlərdə sabiq prezidentin üzərinə qırmızı boya atılmış plakatlarının fotolarını paylaşıblar.

Lor vilayırində fəaliyyət göstərən QHT rəhbəri Oleq Duqlaryan Koçaryanın üzərinə rəng atılmış plakatının fotosunu paylaşıb: “Alaverdidə Koçaryanı qırımızı boyayıblar”-yazıb.

Xatırladaq ki, eks-prezident Koçaryan iyunun 20-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürüb. Bunun üçün o, “Daşnaksyutun” partiyası ilə birgə “Hayastan” seçki bloku təsis edib.