Ermənistanda koronavirusa yoluxanların sayı artıb.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan “Facebook”da bildirib. O deyib ki, ölkədə daha 5 nəfər koronavirusa yoluxub.
Nazirlik rəsmisi qeyd edib ki, bununla da Ermənistanda koronavirusa yoluxmuş şəxslərin sayı 115-ə çatıb. Xatırladaq ki, Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar martın 16-dan aprelin 14-ə kimi fövqəladə vəziyyət elan edilib. (APA)