Ermənistan parlamentinin müxalifətdən olan fraksiyaları Baş nazir Nikol Paşinyana müraciət edərək Təhlükəsizlik Şurasının ekstren iclasının çağırılmasını tələb ediblər.
Azpost.info bildirir ki, bu barədə “Çiçəklənən Ermənistan” fraksiyasının lideri, deputat Edmon Marukyan bəyan edib.
“Bu gün parlamentin iki fraksiyası Baş nazirə yaranmış vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının təcili iclasını çağırmaqla bağlı müraciət etdik”-deyə o vurğulayıb.