Ermənistanda parlament seçkiləri keçirilir

20 İyun 2021 - 09:33

Ermənistanda parlament seçkiləri keçirilir.

Səsvermə yerli vaxtla saat 8.00-da başlayıb, saat 20.00-da başa çatacaq.

Seçkilərdə iştirak etmək üçün 25 siyasi qüvvə – 21 partiya və 4 blok qeydiyyatdan keçib.

Ermənistan prezidenti Armen Sarkisyan Ermənistanda keçirilən erkən parlament seçkilərində səhər tezdən səs verib.

2008 seçki məntəqəsi var ki, onlardan 479-u İrəvan, 1529-u isə bölgələrdə yerləşir.

Qeyd edək ki, əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, eks prezident Robert Koçaryan hesab edilir. Koçaryan seçkilərə “Ermənistan” blokunun lideri kimi qatılıb.