Ermənistanda Qarabağ məğlubiyyətinə görə 3 günlük matəm elan olunacaq

14 Dekabr 2020 - 12:42

Ermənistanda dekabrın 19-dan 3 günlük matəm elan olunacaq.

Bu barədə baş nazir Nikol Paşinyan xalqa müraciəti zamanı söyləyib.

O, Qarabağda döyüşlərdə ölən hərbçilərin xatirəsinin anılacağını bildirsə də, onların dəqiq sayını yenə açıqlamayıb.

Paşinyan əsirlərin dəyişdirilməsi ilə bağlı prosesin həlledici mərhələyə daxil olduğunu da əlavə edib. (Modern.az)