Ermənistanda Rusiya hərbçiləri qəzaya düşüb-

1 nəfər ölüb, 4 nəfər yaralanıb
08 Avqust 2021 - 16:32

Ermənistanda Rusiya hərbçiləri qəzaya düşüb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saat 07.00 radələrində Gümrü-Yerevan magistralında, Talin yaşayış məntəqəsi yaxınlığında baş verib.
Müqavilə əsasında Gümrüdəki Rusiya hərbi bazasında xidmət edən hərbçi idarəetməni itirib və minik avtomobili dərəyə düşüb.
Nəticədə avtomobildə olan hərbçilərdən biri ölüb, 4-ü orta dərəcəli xəsarət alıb.