Ermənistanda Rusiya hərbçiləri qəzaya düşüb-1 nəfər ölüb, 4 nəfər yaralanıb

Ermənistanda Rusiya hərbçiləri qəzaya düşüb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saat 07.00 radələrində Gümrü-Yerevan magistralında, Talin yaşayış məntəqəsi yaxınlığında baş verib.
Müqavilə əsasında Gümrüdəki Rusiya hərbi bazasında xidmət edən hərbçi idarəetməni itirib və minik avtomobili dərəyə düşüb.
Nəticədə avtomobildə olan hərbçilərdən biri ölüb, 4-ü orta dərəcəli xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik” –

Sonrakı məqalə

Ərinə görə özünü güllə qarşısına verdi –