Ermənistanda son sutkada 146 nəfər koronavirusa yoluxub

12 May 2020 - 11:12

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 146 yoluxma halı qeydə alınıb.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 3538 nəfərə çatıb.

Koronavirusa yoluxan 47 nəfər ölüb, 1430 nəfər xəstəlikdən sağalıb. (APA)