Ermənistan müdafiə nazirinin səlahiyyətlərini icra edən Vaqarşak Arutunyan istefa verib.
Azpost.info bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildiirb.
Onun səlahiyyətlərini Baş qərargah rəisi Arşak Karapetyan icra edəcək.
Arutyunyan artıq nazirlikdə vida görüşünü də keçirib.
Vaqarşak Arutyunyan 1999-2000-ci illərdə də nazir postunu tutub. Sonra siyasi fəaliyyətlə məşğul olmağa başlayıb. 2002-ci ildə o zamanki prezident Robert Köçəryan tərəfindən vəzifədən qovulub və general-leytenant rütbəsindən məhrum edilib.