Ermənistanın səhiyyə naziri özünü təcrid edib

14 May 2020 - 14:20

Ermənistanın səhiyyə naziri Arsen Torosyan koronavirusa görə özünü təcrid edib.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan məlumat verib.

“Nazirlikdə koronavirus faktı aşkarlanıb. Təmasların miqyası dəqiqləşdirilir. Nazir Armen Torosyan isə özünütəcrid edib, analiz verib. Cavab gözləyirik”, – mətbuat katibi deyib.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 860-a, qurbanların sayı isə 49-a çatıb.

Bildirilib ki, ölkədə indiyədək 1 572 nəfər bu infeksiyadan sağalıb. Hazırda Ermənistanda 218 aktiv koronavirus xəstəsi var.