Ermənistanın sabiq prezidenti Koçaryan koronavirusa yoluxub

30 Oktyabr 2020 - 21:04

Ermənistanın sabiq prezidenti Robert Koçaryan koronavirusa yoluxub.

Azpost.info bildirir ki, bu barədə eks-prezidentin ofisi məlumat yayıb.

“Koçaryan bu günlərdə Moskvaya səfərə hazırlaşırdı. Bunun üçün test ermişdi. Testin nəticəsi müsbət çıxıb. Bu Koçaryan üçün gözlənilməz olub. Bu günə qədər özündə xəstələyin hər hansı əlamətini hiss etməyib”.

Koçaryan hazırda özünü təcrid rejiminə keçib.

Qeyd edək ki, Robert Koçaryan Qarabağla bağlı vəziyyəti müzakirə etmək üçün Rusiyaya səfəri planlaşdırılmışdı. Bunun üçün ona ölkəni müvəqqəti tərk etmək üçün icazə verilmişdi.