Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan özəl sektorda işə düzəlib.
Azpost.info bildirir ki, bu barədə “Hraparak” qəzeti yazır.
Mənbənin məlumatına görə, Mnatsakanyan Nikol Paşinyanın doğulduğu Yenokavanda fəaliyyət göstərən “Apaqa Resort” istirahət kompleksində inkişaf direktoru və ya menecer kimi işə düzəlib.
Qəzet keçmiş nazirlə əlaqə saxlamağa çalışsa da, zənglərə cavab verməyib. Lakin onun yaxın ətrafı bu məlumatı təsdiqləyib.
“Xatırladaq ki, Mnatsakanyan müharibədən sonra, noyabrın 20-də Ermənistanın xarici işlər naziri vəzifəsindən azad edilib. Amma o, hələ də hakimiyyətlə əlaqə saxlayır və onları tənqid etmir, bəzən hətta onların xeyrinə tvitlər yazır”-deyə qəzet bildirib.
