“Ermənistanla hazırda heç bir sülh danışıqları aparılmır” –

Səfir Polad Bülbüloğlu
29 Sentyabr 2020 - 14:40

“Ermənistanla Azərbaycan arasında hazırda Qarabağla bağlı heç bir sülh danışıqları aparılmır”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğu “KP-Radio”ya müsahibəsində bildirib.

“Ermənistanın bu günkü rəhbərliyi danışıqlar prosesi barədə tamamilə absurd bəyanatlar verir, bununla bu prosesi darmadağın edir. Bu gün heç bir dinc danışıqlar, sülh prosesi yoxdur”-deyə səfir bildirib.

P.Bülbüloğlu vurğulayıb ki, münqaişənin kökündə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz torpaqları durur. “Nə qədər ki, bu məsələ həll olunmayıb, “sürünən müharibə” davam edəcək”.