“Erməni Qarabağda da, Beyrutda da yaşayır, əsas dövlət maraqlarıdır” dedi-Erməni deputat "Paşinyan düz deyir" dedi

“Əsas məsələ Ermənistanın dövlət maraqlarının müdafiəsidir. Digər məsələlər ölkənin siyasi gündəminin komponentləri sayıla bilər”.
Azpost.info “Sputnik-Armenia”ya istinadən bildirir ki,  bu barədə Ermənistan parlamentinin deputatı, iş adamı Qurgen Arsenyan Baş nazir Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasına dair bəyanatını şərh edərkən deyib.
Arsenyan Paşinyanın bu mövqeyinə tam dəstək verdiyini bildirib: “Siyasi xadimlər Ermənistan əhalisindən dövlət maraqlarına xidmət etməklə bağlı mandat alıb. Dövlət maraqlarını digər maraqlara qurban verməyə çağıran siyasətçi anti-dövlət fəaliyyəti aparır”-deyə o vurğulayıb.
Separatçı Xankəndi guruhunda Paşinyanın bəyaantına etirazına toxunan deputat maraqlı müqayisə aparıb:
“Məgər Qarabağada yaşayanlar erməni deyil?” sualına cavabında Arsenyan “Qarabağda soydaşlarımız olan ermənilər yaşayır. Amma ermənilər həmçinin Cavaxkda (Gürcüstan), Beyrutda, Qlendeyldə də yaşayır. Ermənnistan siyasətçirnin funksiyası dövləti və onun maraqlarını müdafiə etməkdir”-deyib.
Arsenyan bildirib ki, erməni cəmiyyəti hazırda tarixi dilemma qarşısında qalıb və “ağılla ürək” arasında seçim etməlidir. Onun fikrincə, dövlət və milli maraqlar hərdən bir-biri ilə ziddiyyət təşkil edir. Hazırda belə vəziyyətdir. “Belə vəziyyətlərdə dövlət maraqlarını dəstək vermək lazımdır. Mən zamanında bunun Serj Sərkisyana demişdim”.
Azpost.info
Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Şeyxülislam və dini icma rəhbərləri Prezident İlham Əliyevə məktub ünvanlayıb