Erməni nazir ona “iş vaxtı kafedə nə gəzirsən? sualını verən jurnalisti döydü –VİDEO

Ermənistanın yüksək texnologiya sənayesi naziri Akop Arşakyanın İrəvandakı kafelərdən birində jurnalist Pailak Faxradyana hücum etməsinin görüntüləri yayılıb.

Erməni mediası xəbər verir ki, nazirin jurnalistə hücumunun görüntülərini “Mediaport” teleqram kanalı paylaşıb.

Görüntülərdə jurnalistin kafedə kompüterlə işlədiyi zaman nazirin ona hücum edərək yumruq atdığı, habelə, kompüteri masadan yerə saldığı görünür.

Qeyd edək ki, hadisə ötən gün baş verib. Jurnalist Faxradyan kafedə naziri görüb və ondan iş vaxtı kafedə olmasının səbəblərini soruşub. Daha sonra nazirlə jurnalist arasında mübahisə yaranıb. Hadisədən az sonra nazir jurnalistə hücum edib.

Ermənistan İstintaq Komitəsi baş verən faktı araşdırdığını bəyan edib.

Qeyd edək ki, hücum zamanı erməni jurnalistin kompüter və mobil telefonu zədələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın məhsul idxal etdiyi dövlətlər –

Sonrakı məqalə

Əfv Sərəncamının icrası başa çatıb