Ermənilər Paşinyanın Azərbaycanla sənəd imzalamasına necə yanaşır? –"Gallup" şirkəti İrəvanda sorğu keçirib (NƏTİCƏLƏR)

Məşhur “Gallup International Association” sorğu şirkətinin Ermənistan təmsilçiliyi olan MPG (Marketing Professional Group) konsaltinq qrupu Ermənistanda sorğu keçirib.

Azpost.info bildirir ki, sorğu iştirakçılarından ölkə qarşısında duran ən kəskin məsələləri sadalamaq xahiş olunub. Sorğu iştirakçılarının 31,9 faizi hazırda əsas məsələnin Ermənistanın təhlükəsizliyi olduğunu deyib.

28,1 faizi isə sülhün qorunub saxlanılmasını, 25,2 faizi sərhədlərin dəqiqləşdirilməsini, 13,3 faizi iqtisadiyyatın sabitləşdirilməsini qeyd edib. Beşinci yerdə isə hərbi əsirlərin geri qaytarılması durub-13 faiz! Cavablar arasında siyasi vəziyyətin normallaşması, işsizlik, səhiyyə sahəsində problemlər də sadalanıb. 1,4 faiz cavab verməkdə çətinlik çəkdiyini deyib.

Sorğu iştirakçılarının eks prezident Sarksiyanın kürəkəni Mikael Minasyanın açıqladığı Ermənistanın Azərbaycanla imzalaması nəzərdə tutulan sənədə münasibəti maraqlı olub.

4,1 faiz buna müsbət yanaşdığını bildirib. 11,7 faiz pis baxmadıqlarını, 12,3 faiz mənfi, 37,7 faiz çox pis baxdığını deyib. 34,3 faizi isə cavab verməkdə çətinlik çəkib.

Bununla yanaşı 31,3 faizi hesab edir ki, bu sənəd imzalanmazdan əvvəl cəmiyyətin müzakirəsinə təqdim edilməlidir. 31,1 faiz sənədin mütəxəssislərlə müzakirəsinə tərəfdar olduğunu bildirib. 18,8 faiz sənədin ləğv edilməsini istəyib, 4,5 faiz Paşinyanın sənədi imzalamasını istəyib, 1,6 faiz sənədin müxalifətlə müzakirə olunmasını istəyib. 1,6 faiz digər cavabları verib. 11 faiz cavab verməkdə çətinlik çəkdiyini deyib.

Rəy sorğusu 24-28 may tarixlərində bütün Ermənistan ərazisində onlayn qaydada aparılıb. Sorğuda 1102 nəfər iştirak edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MDU-nun Bakı filialı vakant yerlərə müsabiqə elan edib:

Sonrakı məqalə

Hikmət Hacıyev MHP sədri Baxçalının Şuşada məktəb tikintisi ilə bağlı yazdığına aydınlıq gətirib