MDU-nun Bakı filialı vakant yerlərə müsabiqə elan edib:Prorektor, dekan, kafedra müdirləri, müəllimlər… (ELAN)

Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı vakant yerlərə müsabiqə elan edib.

Azpost.info bildirir ki, bir sıra inzibati vəzifələrə işçi axtarılır.

Bakı filialında tədris işləri üzrə prorektor, elmi işlər üzrə prorektor, təlim-tərbiyə işləri üzrə prorektor vəzifələri vakantdır.

Bununla yanaşı boş olan kimya, psixologiya, tətbiqi riyaziyyat, filologiya, fizika fakultələri üzrə dekan vəzifəsini tutmaq istəyənlər müsabiqəyə qatıla bilər.

Müasir standartlara uyğun tədris prosesini idarə etməyi bacaran, elmi dərəcəi olan, ali təhsil sistemində 5 il iş stajı olanlar, rus dilini bilənlər, Microsoft Office kompyuter proqramını bilənlər müsabiqədə iştirak edə bilər.

MDU Bakı fililalı həmçinin namizədləri vakant olan xarici dillər və xarici ədəbiyyat kafedrasının müdiri, ingilis dili müəllimi, ingilis dili üzrə mütəxəssis, Azərbaycan dili müəllimi yerləri üzrə müsabiqədə iştirak etməyə dəvət edir.

Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq müəyyən edilir. Xaricdə təhsil alanlara üstünlük verilir.

Müsabiqə iştirak etmək istəyənlər özləri barədə şəxsi və peşəsi barədə əks olunan məlumatları azərbayacan və rus dilərində [email protected]  ünvanına 14 iyun 2021 –ci tarixinə qədər göndərə bilərlər. Məlumatda hansı vakansiya üzrə müraciət dəqiq göstərilməlidir.

Əlavə məlumat üçün əlaqə telefonu: 012-598-93-28 (1-5-ci günlər saat 10-dan 14-ə qədər)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Goranboyda 18 yaşlı gənc qız intihar edib

Sonrakı məqalə

Ermənilər Paşinyanın Azərbaycanla sənəd imzalamasına necə yanaşır? –