Ermənilərin Azərbaycanın ABŞ-dakı səfirliyinə qarşı təxribatının qarşısı alınıb

Erməni lobbistlərin rəhbərliyi altında radikal millətçi qrupuna aid 30 nəfərədək şəxs Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında etiraza gəlib. Bu barədə xəbər tutan 150 nəfərədək soydaşımız bir araya gələrək əks-etiraz aksiyası keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, aksiyada soydaşlarımız vətənpərvərlik nümunəsi göstərmiş, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətini pisləmiş, milli birlik nümayiş etdirmiş və dövlətimizə dəstəklərini ifadə etmişdir.

Niyyətlərinin puça çıxdığını görən erməni radikalları bir sıra təxribatlara və zorakı təhriklərə al atmışlar. Soydaşlarımızın sayıqlığı və ABŞ hüquq-mühafizə orqanlarının peşəkar davranışı sayəsində belə təxribatlar və təhriklər nəticəsiz qalmışdır.

Azərbaycan Dövlət Himni və milli musiqisi, o cümlədən, Əsgər Marşı və Sarı Gəlin kimi ifalar ermənilərin təxribatçı şüarlarını tamamilə susdurmuşdur. Heç nəyə nail ola bilməyən, qarşısında özündən qat-qat çoxsaylı Azərbaycan icmasını görən erməni radikalları ölkəmizin Səfirliyinin qarşısındakı ərazini tərk etmiş və öz məğlubiyyətini göstərən paylaşımları sosial şəbəkələrdə göstərməkdən çəkinmişlər.

Əks-etiraz aksiyasına müxtəlif ştatlardan Nyu York, Nyu Cersi, Şimali Karolina, Massaçusetts, Virginiya, Merilend və s. ştatlardan qoşulan soydaşlarımız Səfirliyimizə dəvət olunmuşdur. Öz növbəsində, səfir Süleymanov soydaşlarımıza onların vətənpərvərliyinə və Azərbaycan dövlətinə dəstəyə görə minnətdarlığını bildirmişdir. Xatırladaq ki, son zamanlar, ABŞ-nin müxtəlif ştatlarında silsilə etiraz aksiyaları keçirilir. Cari ayın 16-da Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında Azərbaycan icması tərəfindən geniş etiraz aksiyası keçirilmişdir.

Ölkəmizin ABŞ-dakı Səfirliyi bütün soydaşlarımıza öz təşəkkürünü bildirir. Soydaşlarımızı keçirdikləri aksiyalarda yerli qanunlar və COVİD-19 pandemiyası ilə əlaqədar tələblərə riayət etməyə, habelə mümkün təxribat və zorakı təhrikdən yayınmağa çağırırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qasim Süleymaninin yerini ABŞ kəşfiyyatına deyən şəxs edam olundu

Sonrakı məqalə

Əfsanəvi “Bitlz” qrupunun üzvləri yeni mahnı yazdırıblar