Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ermənipərəst Baronessa Koks İslam əleyhdarlarından pul alırmış –

User 26 Fevral 2023 - 09:28 (Last updated: 21 May 2025 - 20:15)
koks

Böyük Britaniyanın Sky News telekanalının internet saytında Lordlar Palatasının ermənipərəst üzvü Baronessa Kerolayn Koks barəsində geniş araşdırma dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Vestminster bank hesabları: Baronessa Koks anti-İslam əleyhdarları ilə əlaqələri üzə çıxdıqdan sonra maliyyə maraqlarını açıqlamağa məcbur oldu“ başlıqlı məqalədə onun ABŞ-da yerləşən təşkilatlardan aldığı maliyyə vəsaitləri və İslam əleyhdarları ilə müntəzəm görüşlərindən bəhs edilir.

Məqalədə qeyd edilir ki, Lordlar Palatasının bu qalmaqallı üzvünün aparıcı anti-İslam fəalları ilə əlaqələrini ehtiva edən sənədlərin ictimaiyyətə sızmasından sonra o, maliyyə maraqlarını bəyan etmək məcburiyyətində qalıb. Baronessa Koks bildirib ki, onun parlament araşdırmaları üçün “Equal and Free Limited“ qeyri-hökumət təşkilatı tərəfindən göstərilən maliyyə dəstəyini qeydiyyatdan keçirməməsi “diqqətsizlikdən“ baş verib.

Böyük Britaniyada parlament qaydalarına əsasən, hər iki palatanın üzvləri kənar təşkilatlardan aldıqları maliyyə dəstəyini açıq şəkildə göstərməlidirlər, lakin onlar həmin vəsaitlərin əsl mənşəyi barədə açıqlama verməyə məcbur deyillər. Bu isə kənar maraqların parlamentarilərin fəaliyyətini dəstəkləməyə, onları öz maraqlarını təmin etmək üçün yönəltməyə, lobbiçilik aparmağa meydan açır. Bu vəsaitlərin arxasında əslində kimlərin dayanması və maliyyənin haradan gəlməsi qaranlıq qalır.

Anti-rassizm kampaniyaları aparan “Hope not Hate“ qrupunun əldə etdiyi və Sky News kanalına təqdim edilən iclas protokollarına əsasən, Baronessa Koks müntəzəm şəkildə tanınmış və qalmaqallı İslam tənqidçilərini parlament binasına dəvət etmiş və orada həmin şəxslərlə görüşlər keçirmişdir. Həmin protokollarda Lord Pearsonun da adı keçir. Bu həmin şəxsdir ki, 2010-cu ildə Baronessa Koks ilə birgə niderlandlı sağçı radikal Qeert Vidersi Böyük Britaniyaya dəvət etmişdi.

2015-ci ilə aid bir iclasın protokolunda isə İslam dininin “müsəlman olmayan hər kəsə qarşı düşməncəsinə niyyət” daşıdığı əksini tapır. Həmin protokolda daha sonra qeyd edilir ki, Qərb hazırda İslama qarşı ideoloji müharibədədir və gələcəkdə ”qanlı qarışıqlıq” olacağı proqnozlaşdırılır.

Mətbuata sızdırılan sənədlərdə qeyd edilir ki, “Equal and Free Limited” Baronessa Koksun müsəlman məhkəmələri (muslim arbitration tribunals) ilə bağlı yeni qanun layihəsi üçün yaradılıb. Lakin “Hope not Hate“ təşkilatının rəyinə görə, baronessanın bu təşkilatı heç də radikal və siyasi İslamdan narahat deyil: “Bu qrup sadəcə olaraq İslamı Qərb üçün bir təhlükə kimi görür. O, İslamı Qərb mədəniyyət və Qərb sivilizasiyası ilə münaqişədə hesab edir”, – deyə “Hope not Hate“ təşkilatının icraçı direktoru Nik Loules bildirib. Sənədlərdə müsəlman qadınlarının müxtəlif məhkəmə proseslərində şahid kimi ifadəsinin dəstəklənməsi üçün ABŞ-dakı mənbədən maliyyə dəstəyi alındığı da əksini tapıb. Lakin baronessa Los-Ancelesdə yerləşən şirkətdən nə qədər pul aldığını açıqlamaqdan boyun qaçırır.

Qeyd edək ki, “kürkünə birə düşən” Baronessa Koksun lobbiçiliyini etdiyi digər istiqamətlər üzrə sənədlərin üzə çıxması isə an məsələsidir. Onun hələ 2006-cı ildə Ermənistan prezidenti tərəfindən təltif edildiyi “Mxitar Qoş Medalı” necə deyərlər medalın görünən üzüdür və onun ermənipərəstliyinin kökündə hansı maliyyə sirlərinin dayandığı da ortaya çıxacaqdır.

Post navigation

Previous: Yanvarda xaricdən ölkəmizə 20 milyon dollarlıq meyvə-tərəvəz gətirilib
Next: Ölkə üzrə axtarışda olan 351 avtomobil var –

Oxşar xəbərlər

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.