Ölkə üzrə axtarışda olan 351 avtomobil var –Ən çox hansı markalı maşınlar oğurlanıb?

Hal-hazırda ölkə üzrə axtarışda olan 351 avtomobil var.

Azpost.info bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilir.

DİN-inin bununla bağlı açıqladığı siyahıda Bakıda və digər rayonlarda müxtəlif illlərdə qaçırılmış maşınların adları və dövlət nömrə nişanları qeyd olunub.

Bu siyahıda 18 il əvvəl-2005-2009-cu illərdə oğurlanmış sovet istehsalı “Jiquli”dən tutumuş “Porshe -Panamera”ya qədər müxtəlif markalardan olan avtomobillər yer alıb.

Siyahıda ən çox oğurlanan SSRİ istehsalı olan “VAZ” avtomobilləridir. Siyahıda bahalı motoskiletlər də var. Maraqlı axtarışlardan biri də 2006-cı ildən bər axtarılan “Kamaz”dır. Bu yük avtomobili 2006-cı ildən axtarılır.

Azpost.info

 

 

 

Əvvəlki məqalə

Ermənipərəst Baronessa Koks İslam əleyhdarlarından pul alırmış –

Sonrakı məqalə

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib