Ermənistan kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir- Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Şuşada aşkarlanmış daha bir kütləvi məzarlıq haqqında “X” (“Twitter“) sosial şəbəkəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Mülki şəxslərin və hərbi əsirlərin saxlandığı, onlara qarşı qeyri-insani rəftar edildiyi, həmin şəxslərin işgəncələrə məruz qaldığı, öldürüldüyü Şuşa həbsxanasının yaxınlığında 4000 nəfər itkin düşmüş azərbaycanlının daha bir kütləvi məzarlığı aşkarlanıb. Ermənistan məsuliyyətdən yayınmaq üçün kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.