Ermənistan polisi Zəngəzur mis kombinatında axtarışa başlayıb

Bu gün səhər saatlarından etibarən Ermənistan hüquq-mühafizə orqanları Qacaran meri Manvel Parmazyanın evində və Zəngəzur Mis Molibden Kombinatında axtarışlara başlayıb.

Bu haqda vəkil Robert Ayrapetyan özünün Facebook səhifəsində bildirib. “Şou davam edir”,-vəkil yazıb

Manvel Parmazyan Ermənistandakı seçki kampaniyası zamanı keçmiş prezident Robert Köçəryanın “Ermənistan” blokuna dəstək verib. Zəngəzur Mis-Molibden Kombinatına gəldikdə isə onun səhmdarlarından biri Sünik vilayətinin keçmiş qubernatoru Vaqe Akopyandır. O da “Ermənistan” blokundan parlamentə namizədlər siyahısında idi.

Baş nazir Nikol Paşinyan seçki kampaniyası zamanı Sünikdə çıxış edərkən dəfələrlə həmin kombinatın adını çəkmişdi. Şirkətin rəhbərliyini əməkdaşların siyasi baxışlarına təsir göstərməkdə, müxalifətin mitinqlərinə getməyə məcbur etməkdə və onun seçki mitinqlərinə getməyi qadağan etməkdə günahlandırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Koronavirus keçirmiş şəxslərin bir doza vaksin vurdurması kifayətdir” –

Sonrakı məqalə

“Şuşa Bəyannaməsi Avrasiya üçün strateji əhəmiyyət daşıyır” –