Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanla görüşdü

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanla görüşüb. 

Ermənistan KİV-inin verdiyi məlumata görə, görüş bu gün səhər baş tutub.

“Bu gün səhər Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanla görüşüb. Tərəflər ölkədə yaranmış situasiyanı müzakirə ediblər”, – deyə Ermənistan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.  

Bundan əvvəl Ermənistan Prezidenti parlament və parlamentdənkənar siyasi qüvvələrlə məsləhətləşmələr aparıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan arasında Qarabağa dair bəyanat imzalanmasından sonra Ermənistanda vəziyyət gərginləşib. Bəzi siyasi qüvvələr Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar keçirirlər.

Qanunsuz aksiyalara görə, 10-a yaxın müxalifət lideri saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan XİN Kanada Xarici İşlər nazirinə cavab verib

Sonrakı məqalə

Şuşa Polis Şöbəsi Şuşa şəhərinə köçürülüb-