Ermənistan prezidentinin səhhətində problem yaranıb

Ermənistan prezidenti Armen Sarkisyanın səhhətində problem yaranıb.

“Sputnik”in xəbərinə görə, A. Sarkisyan İrəvandakı “Astxik” tibb mərkəzində müayinə olunur. Bu barədə Ermənistan Prezidentinin köməkçisi Asmik Petrosyan məlumat verib.

Bundan əvvəl “Qraparak”qəzeti A. Sarkisyanın ürəyində problem olduğunu və  “Astxik” tibb mərkəzində ürəyinə stent qoyulduğunu yazıb.

A.Petrosyan isə qeyd edib ki, A. Sarkisyanın səhhətində koronavirusa yoluxmadan sonra ağırlaşma olub və o, adışəkilən tibb mərkəzində müayinə olunur.

Xatırladaq ki, Ermənistan Prezidenti yanvarın 5-də koronavirusa yoluxmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DSX-nın Ermənistanla sərhəddə yeni hərbi hissəsi açılıb

Sonrakı məqalə

“Ermənistan minaların xəritəsini verməkdən imtina edir” –