Ermənistan Qazax rayonunun kəndlərini və magistral yoldakı maşınları atəşə tutub –DSX

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.  

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 04 aprel tarixində saat 22:20-dən 23:05-dək Qazax rayonunun Abbasbəyli kəndi, habelə Fərəhli və Məzəm kəndlərinə gedən magistral yolda hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri ER-nın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən  Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı pulemyotlardan və snayper silahlarından intensiv atəşə tutulub. Bu səbəbdən həmin magistral yolda hərəkətə məhdudiyyət tətbiq edilib.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda 50 min ictimai iş yeri yaradılır –

Sonrakı məqalə

Xətai rayonunda çöxmərtəbli yaşayış binasındakı yanğın söndürüldü –