Ermənistan Silahlı Qüvvələri Qazaxda evləri və maşınları atəşə tutub –DSX

Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.  

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

30 mart tarixində 17:30-dan başlamaqla Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxınlığında yerləşən  Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

Qeyd edək ki, Ermənistan Kütləvi İnformasiya Vasitələrinin sərhəd döyüş məntəqələrimiz  tərəfindən atəşkəs rejiminin pozulması barədə məlumatları həqiqətə uyğun deyil, bölmələrimiz tərəfindən Ermənistanın yaşayış məntəqələri istiqamətində atəş açılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İtaliyada koronavirusdan ölənlərin sayı 11 mini keçib

Sonrakı məqalə

Suriyada qiyam qaldıran İŞİD-çi məhbuslar həbsxanadan qaçıb