Ermənistan XİN rəhbəri Türkiyəyə səfər edəcək

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edəcək.

“Sputnik Armenia”ya xəbər verir ki, o, bu barədə parlamentdə “hökumət saatı”nda bildirib.

Nazir deyib ki, Antalya Diplomatiya Forumunda iştirak etməyə hazırlaşır.

Mirzoyan diqqətə çatdırıb ki, iki ölkənin xüsusi nümayəndələri müəyyən müddətdir görüşmürlər, yeni görüş barədə isə razılıq yoxdur.

“Lakin mən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğludan Antalya Diplomatiya Forumunda bu il də iştirakla bağlı dəvət almışam və orada iştirak etməyə hazırlaşıram”, – Mirzoyan vurğulayıb.

 

Ermənistan XİN rəhbəri türkiyəli həmkarı ilə Antalyada görüşəcəyini əlavə edib.

Əvvəlki məqalə

“Azərbaycanın razılığı olmasa, bu, əks nəticə verə, qıcıq yarada bilər”

Sonrakı məqalə

“Rusiyanın qələbəsi qaçılmazdır”