“Rusiyanın qələbəsi qaçılmazdır”- PUTİN

“Ukraynada keçirilən xüsusi əməliyyatın nəticəsi olaraq Rusiyanın qələbəsi qaçılmazdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqdakı Obuxov zavodunda çıxışı zamanı deyib.

Putin qeyd edib ki, bunun əsasında çoxmillətli rus xalqının birliyi və bərabərliyi, döyüşçülərin şücaəti və qəhrəmanlığı, eləcə də hərbi sənaye kompleksinin işi dayanır.

Putin Ukraynadakı hakim rejimi “neonasist” adlandırıb. Onun sözlərinə görə, məhz bu amil hökümətə özünü Rusiya mədəniyyətinin bir hissəsi hesab edən insanlara kömək etmək üçün əsas yaradır.

“Bizim Ukraynadakı mövcud rejimi neonasist adlandırmaq üçün bütün əsaslarımız var. Özünü rus mədəniyyətinin bir hissəsi hesab edən, rus dilində danışan və bunu qiymətləndirən insanlara silahlı qüvvələrimizin yardımı ilə kömək etmək üçün hər cür əsas var”, – Putin bildirib.

Azpost.info

Əvvəlki məqalə

Ermənistan XİN rəhbəri Türkiyəyə səfər edəcək

Sonrakı məqalə

“Ermənistan Praqa razılaşmaları əsasında sülh sazişinə hazırdır”