Ermənistan Zəngəzurda Azərbaycanla sərhədi Rusiya hərbçilərinə verir –Paşinyan Moskvaya rəsmi heyət göndərdi

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Moskvaya hökumət rəsmilərindən ibarət nümayəndə heyətinin göndərilməsi barədə qərar imzalayıb.

Azpost.info bildirir ki, nümayəndə heyəti Rusiya hərbi bazası ilə bağlı məsələləri müzakirə etməlidir. Nümayəndə heyəti iyunun 26-da yola düşəcək və iyulun 1-də geri qayıdacaq. Moskvada Rusiya-Ermənistan hökümətlərarası komissiyasının 13-cü iclası keçiriləcək.

Bu iclasda hərbi bazanın fəaliyyət göstərməsi üçün Rusiya tərəfinə veriləcək torpaq sahələri və mülkiyyət məsələsinə baxılacaq.

Qeyd edək ki, Ermənistan hakimiyyəti bir neçə aydır Zəngəzurun Gümrüdə yerləşən 102-ci rus hərbi bazası hesabına gücləndirilməsi barədə müzakirə aparır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə oxuyub yazmağı bilməyən 36 şagird var –

Sonrakı məqalə

Prezident hərbi qulluqçuları “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edib –