Ölkədə oxuyub yazmağı bilməyən 36 şagird var –DİM

9-cu və 11-ci siniflərin şagirdləri arasında oxuyub-yazmaqda çətinlik çəkənlər və ya, ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar aşkar olunub.

Bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.

Bildirilir ki, 11-ci sinif şagirdləri arasında iki belə şagird var, 9-cu sinif şagirdləri arasında isə belə şagirdlərin sayı 34 nəfərdir.

9-cu siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Bərdə rayonunda dörd nəfər, Bakı şəhərində üç nəfər, Goranboyda üç nəfər, Gədəbəy, Göygöl, Lənkəran, Lerik, Sabirabad, Şəki və Yardımlı rayonlarının hərəsində iki nəfər, Ağdaş, Ağsu, Astara, İsmayıllı, Kəlbəcər, Masallı, Oğuz, Qazax, Salyan və Şəmkir rayonlarının hərəsində bir nəfər.

11-ci siniflər üzrə belə hallara yalnız Gəncə şəhərində və Kəlbəcər rayonundan olan şagirdlər arasında rast gəlinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Müəllimlər tam peyvənd olunduqdan sonra əyani tədrisə keçmək olar” –

Sonrakı məqalə

Ermənistan Zəngəzurda Azərbaycanla sərhədi Rusiya hərbçilərinə verir –