Ermənistanda ata iki uşağı ilə birlikdə özünü 9-cu mərtəbədən atıb

Ermənistanın paytaxtı İrəvan şəhərində ata iki uşağı ilə birlikdə özünü 9-cu mərtəbədən atıb.

“Sputnik Armenia”yanın verdiyi xəbərə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün səhər saatlarında paytaxtda yerləşən binalardan birində qeydə alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində 40 yaşlı Karen M., 8 yaşlı oğlan və 5 yaşlı qız uşaqlarının meyitini aşkarlayıblar. 

Hadisə şahidlərinin sözlərinə görə, şəhər sakini övladlarını 9-cu mərtəbədən atdıqdan sonra özünü də binadan atıb.

Faktla bağlı araşdırma aparılır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MTRŞ islahatlara başladı –

Sonrakı məqalə

Milli Məclisin iclası başlayıb